Azərbaycanlı Peterburq kilsəsinə basqın etdi

8-05-2019, 11:54           
Azərbaycanlı Peterburq kilsəsinə basqın etdi
Sankt-Peterburq şəhərinin Petrodvorsov rayonunda azərbaycanlı saxlanılıb. Saxlanılan şəxs “Müqəddəs həvarilər Pyotr və Pavelin kilsəsi”nə basqın edib. Moika78.ru-nun məlumatına görə, insident mayın 7-də günün ikinci yarısında baş verib. “Hyundai Accent” avtomobilində olan kişi kilsənin ərazisinə daxil olub. Daha sonra maşının baqajından alətlər, o cümlədən, ağır çəkic götürərək, binaya keçib. Onun həmin alətlərlə kilsədə nə etmək istədiyi məlum deyil.

Şahidlər hadisə ilə bağlı “112” xidmətinə zəng vurub. Azərbaycanlı kilsənin içində “Nevskaya Zastava” özəl mühafizə şirkətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı inzibati qaydada iş qaldırılıb. Saxlanılan şəxsin qeydiyyatı olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru