Putin Paşinyandan Saakaşvilini ölkəyə buraxmamağı tələb edir? – AÇIQLAMA

8-05-2019, 17:31           
Putin Paşinyandan Saakaşvilini ölkəyə buraxmamağı tələb edir? – AÇIQLAMA
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin ondan Gürcüstanın sabiq dövlət başçısı Mixeil Saakaşvilini Ermənistana buraxmamağı tələb etməsi iddialarına cavab verib. Turkustan.info “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, N. Paşinyan Rusiya liderinin belə bir tələbi olduğunu birinci dəfə eşitdiyini bildirib.
Xatırladaq ki, M. Saakaşvili daha əvvəl özünün “Facebook” səhifəsində yazmışdı ki, V. Putin təkcə ona Ukrayna vətəndaşlığını qaytarmamağı deyil, həm də də onu Ukraynaya buraxmamaqla bağlı qəti şərt qoyub. Onun sözlərinə görə, ölkəyə buraxmamaqla bağlı eyni tələblər Gürcüstan, Türkiyə, Ermənistan və Azərbaycan hakimiyyətinə də qarşı irəli sürülüb. /Yeniavaz.com/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru