"Air France" təyyarəsinin İranda məcburi enməsinin səbəbi açıqlanıb 9-05-2019, 07:37 İranın İsfahan şəhərində "Air France" sərnişin təyyarəsinin məcburi eniş etməsinin səbəbi açıqlanıb.Trend-in məlumatına görə, səbəb ventilyasiya sistemində yaranan nasazlıq olub.Qeyd edək ki, Paris vaxtı ilə 17:00-da Paris - Mumbay reysini yerinə yetirən "A340" təyyarəsi İsfahanın beynəlxalq hava limanında məcburi eniş edib.Hadisə nəticəsində xəsarət alan olmayıb. Facebook-da paylaş