Azərbaycanda 4 vəzifəli şəxs işdən çıxarıldı

4-11-2015, 01:45           

Beynəlxalq Sığorta Şirkətində ciddi kadr dəyişikliyi

Azərbaycan Beynəlxalq Bankının törəmə müəssisəsi olan "Beynəlxalq Sığorta Şirkəti"nin rəhbərliyində ciddi kadr dəyişikliyi baş verib.

Şirkətin Direktorlar Şurasının üzvü İlqar Hüseynov tutduğu vəzifədən uzaqlaşdırılıb. Onu Fərid Həşimov əvəz edib.

Qeyd edək ki, F. Həşimov həm də Azərbaycan Beynəlxalq Bankının struktur bölmələrlə iş departamentinin direktoru vəzifəsini tutur.

Bundan başqa, şirkətin Təftiş Komissiyasının tərkibi tamamilə yenilənib. Belə ki, komissiyasının sədri İradə Deystani vəzifəsi ilə vidalaşmalı olub. Bu vəzifə Elşən Quliyevə həvalə olunub. Təftiş Komissiyasının üzvləri Emin və Rüfət Rəcəbovlar işdən çıxarılanlar arasındadır. Onlar müvafiq olaraq Qeysər Səfərəliyeva və Elxan Abbasov əvəzləyiblər.(APA)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.