İranda 2,6 ton narkotik aşkarlandı

12-05-2019, 15:58           
İranda 2,6 ton narkotik aşkarlandı
İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinin Səravan rayonunda 2,6 ton narkotik maddə aşkarlanıb.

Teleqraf.com-un məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayəti hüquq-mühafizə orqanının rəisi Məhəmməd Qənbəri deyib.

M.Qənbərinin sözlərinə görə, narkotik maddələrlə mübarizə polis əməkdaşları böyük həcmdə narkotik maddələrin daşınmasına dair məlumat əsasında əməliyyat keçirib.

Rəsmi əlavə edib ki, 2,42 ton tiryək, 32 kq morfin, 23 kq həşiş, 2,2 kq heroin, 122 kq digər narkotik maddələr aşkarlanıb.

Narkotiklə yanaşı, 2 ədəd Kalaşnikov avtomatı, 7 daraq və 7 mərmisi ilə bir minaatan aşkarlanıb və 3 qaçaqmalçı saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru