19 yaşlı azərbaycanlı Moskvanı bir-birinə qatdı - VİDEO

4-11-2015, 13:04           
19 yaşlı azərbaycanlı Moskvanı bir-birinə qatdı - VİDEO
Rusiya paytaxtı Moskvada 7 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Azмision.az “TASS”-a istinadən xəbər verir ki, qəzanın səbəbkarı “Porsche Panamera” markalı avtomobil olub.

İlkin məlumatlara görə, “Porsche” sürücüsü yüksək sürətlə hərəkət edərək digər maşınları ötürmüş: “O, yolda hərəkət edən maşınla toqquşduqdan sonra hər iki avtomobil yolun əks hərəkət zolağına çıxıb. Nəticədə böyük qəza baş verib”.

Hazırda Rusiya polisi faktla bağlı araşdırmalara başlayıb.

“LifeNews” telekanalı xəbər verir ki, qəzanın səbəbkarı 19 yaşlı Cəbrayıl A-dır. Telekanlın məlumatına görə, o, heç “Porsche Panamera” markalı avtomobilin sahibi də deyil. Avtomobil biznesmen Lazer Balakərimova məxsusdur.

Nəşr qeyd edir ki, qəza nəticəsində zərərçəkənlər “Ford Focus” markalı avtomobilin və “Chevrolet Lacetti”nin sürücüsüdür. Onlar xəstəxanaya çatdırılıb. Sonuncu şəxsə beyin silkələnməsi, sınıq diaqnozu qoyulub.

İlkin iddialara görə, Moskvanı bir-birinə qatan 19 yaşlı Cəbrayıl əslən azərbaycanlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru