Vəkil sərhəddə saatyarım yoxlamaya məruz qalıb

13-05-2019, 18:46           
Vəkil sərhəddə saatyarım yoxlamaya məruz qalıb
Vəkil Elçin Sadıqov mayın 12-də Gürcüstandan Azərbaycana qayıdarkən "Sınıq körpü” sərhəd-keçid məntəqəsində saxlanılıb. Bu barədə Elçin Sadıqov "Facebook” səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, bəyannamə təqdim etsə də, saatyarım yoxlamaya məruz qalıb: "4 Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşı birdən soxulmuşdu avtomobilə, bəyannamə yazdırdılar. Sonra Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşları yenidən yoxladılar. Hökumət hələ də insan hüquqlarını müdafiə etməyi ağır cinayət sayır və Baş Prokurorluğun göstərişi ilə ölkədən çıxanda və öz ölkənə qayıdanda təqib olunursan. Pasportunu verəndən sonra DSX əməkdaşı əlli yerə zəng edir ki, Elçin Sadıqovu ölkəyə buraxaq, ya yox”.
Elçin Sadıqov DSX əməkdaşlarının bu münasibətini özünün vəkillik fəaliyyəti ilə əlaqələndirib: "Məgər, öz ölkəmizə də icazəylə daxil olmalıyıq? Belə çıxır ki, insan hüquqlarını müdafiə edənlərə Azərbaycanda yer yoxdur”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru