Çəkiliş vaxtı Saakaşvilinin xanımına hücum etdilər

14-05-2019, 23:05           
Çəkiliş vaxtı Saakaşvilinin xanımına hücum etdilər
Gürcüstanın Zuqdidi şəhərində keçmiş prezident Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulovsa hücum ediblər.

"Qafqazinfo” Gürcütsna KİV-nə istinadən xəbər verir ki, insident müxalifətdən şəhər merliyinə namizədliyini irəli sürən Sandranın "Odişi” kanalının jurnalistləriylə seçki kampaniyası haqda reportajı zamanı yaşanıb. Bir neçə nəfər Rulovsun ünvanına təhqirlər səsləndirərək çəkiliş qrupuna hücum edib. Onlar daha sonra qaçmağa müvəffəq olublar. Daxili İşlər naziri Georgi Qahariya hazırda hücumun səbəblərini araşdırdıqlarını bildirib.

Qeyd edək ki, Sandra Rulovs 2004-2013-cü illərdə ölkənin birinci xanımı olub. 2014-cü ildə Saakaşviliyə qarşı bir neçə maddə üzrə cinayət işi açılıb. Ona qarşı axtarış elan olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru