Bakıda ordu zabiti ilə yol polisi əlbəyaxa oldu - VİDEO

5-11-2015, 23:11           
Bakıda ordu zabiti ilə yol polisi əlbəyaxa oldu - VİDEO
Bakıda milli ordunun zabiti ilə yol polisi əlbəyaxa olub.


Məlumata görə, bu gün metronun ``Memar Əcəmi`` stansiyasının yaxınlığında zabit özünə məxsus avtomobili park edib. Yaxınlıqdakı polis əməkdaşı maşını həmin yerdə park etməyin qadağan edildiyinə xəbərdar edib. Lakin ordu zabiti ona əhəmiyyət verməyib. Yol Polisi isə evakuator çağıraraq hərbiçinin avtomobilini cərimə meydançasına aparmaqla cəzalandırmaq istəyib. Elə bundan sonra baş leytenantla polis arasında müniqişə başlayıb.


Hərbiçi maşını evakuatordan aşağı salmağa tələb edib, polis isə onun dediyini yerinə yetirməməyə çalışıb. Bir-birilərini söyüşlərlə təhqir ediblər. Sonrda isə zabit istədiyinə nail olub. Maşını yol polisindən alaraq ərazini tərk edib.
[media=https://www.youtube.com/watch?v=2aweIRDoIrM]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.