Daha bir ilahiyyatçı polis bölməsinə aparıldı, inanclılar etiraza qalxdı, çox sayda saxlanılan var

5-11-2015, 23:59           

Sabunçu Rayonu Baş Polis İdarəsinin qarşısında toplaşan etirazçılara müdaxilə olunub. 20-dən çox saxlanılan var. Saxlanılanlar arasında "Müsəlman Birliyi Hərəkatı"nın idarə heyətinin üzvləri Ağaəli Yəhyayevin də olduğu bildirilir.
Sabunçu Rayonu Baş Polis İdarəsinin qarşısına gedən yollar DYP tərəfindən bağlanılıb. Jurnalistlərin ərazidə çəkiliş etməsinə maneə törədilir.
Sabunçu Rayonu Baş Polis İdarəsi qarşısında çox sayda inanclı toplaşıb.

İdarə qarşısında toplaşanlar MBH-nin idarə heyətinin sədri, ilahiyyatçı Elçin Qasımovun sərbəst buraxılmasını tələb edir

İlahiyyatçı Elçin Qasımov polis bölməsinə aparılıb.
"Müsəlman Birliyi Hərəkatı"nın idarə heyətinin sədri E.Qasımov Maştağada yaşadığı ünvanın önündən polis bölməsinə aparılıb. Onun rəis müavininin maşını ilə qarşısı kəsilib Sabunçu Rayonu Baş Polis İdarəsinə aparıldığı bildirilir.




Bundan bir qədər öncə ilahiyyatçı Elman Ağazadə Lənkaranda polis bölməsinə çağırılıb. Daha sonra sərbəst buraxılıb.
AzadXəbər.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.