“Ağdamlı Dəmir”in oğlu saxlanıldı -  "MTN işi"...

6-11-2015, 13:34           
“Ağdamlı Dəmir”in oğlu saxlanıldı -   "MTN işi"...
MTN-də cinayətkar şəbəkə yaradaraq iş adamlarını soyduğuna görə vəzifəsindən qovulan Eldar Mahmudovun çetesinin üzvləri ilə bağlı hər gün yeni məlumatlar yayılmaqdadır.

İki gün əvvəl eks-nazirə yaxınlığı ilə seçilən və iş adamlarının əlindən alınan avtomobillərin əridilməsi ilə məşğul olduğu deyilən, Azərbaycanın ən böyük avtomobil salonlarının sahibi “Ağdamlı Dəmir” kimi tanınan Dəmir Abdullayevin həbsi ilə bağlı məlumat yayılmışdı.

Sonradan bu xəbər Dəmirin özü tərəfindən təkzib olunmuşdu. Həmin xəbərlərdə qeyd olunurdu ki, məhz Eldar Mahmudova xidmətlərinin hədiyyəsi olaraq Dəmirin oğlu MTN-ə işə götürülübmüş.

Bu gün isə “Qafqazinfo”ya maraqlı məlumat daxil olub. Son məlumatlara görə, Dəmir Abdullayevin MTN-də tədqiqatçı işləyən oğlu artıq saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru