Əli Əsədov: "Cinayət etməmişəm ki, həbs olunam" - EKSKLÜZİV

6-11-2015, 17:17           
Əli Əsədov: "Cinayət etməmişəm ki, həbs olunam" - EKSKLÜZİV
Prezidentin iqtisadi məsələlər üzrə köçəkçisi Əli Əsədovun adı "MTN işi" mövzusunda hallanır. Mətbuat vaxtaşırı onun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın əlaqələri olması haqda yazır.

Bəzi iddialara görə, Ə.Əsədovla E.Mahmudov hər gün kontakta olublar. Onların Bakının 20-ci sahə massivində yerləşən "Narşərab" restoranında tez-tez görüşdükləri deyilir. Artıq qəzetlər yazır ki, Əli Əsədov "MTN işi"nə görə yaxın vaxtlarda həbs oluna bilər.

Haqqında deyilənlərə aydınlıq gətirmək məqsədilə musavat.com-un əməkdaşı prezidentin köməkçisi Əli Əsədovla əlaqə saxlayıb. Ə.Əsədova bildirib ki, haqqında deyilənlərin heç bir əsası yoxdur: "Bircə onu deyə bilərəm ki, Eldar Mahmudov dövlətin naziri olub, uzun müddət milli təhlükəsizlik naziri postunu tutub. Artıq o, sabiq nazirdi".

Həbs olunacağı barədə mətbuatda yazılanlara cavab olaraq Ə.Əsədov "mənim həbs olunacağım barədə deyilənlərin əsası yoxdu, cinayət etməmişəm ki, tutulam" cavabını verdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru