Tərtərin icra başçısı əsgərlərlə bir yerdə - FOTO

6-11-2015, 17:53           
Tərtərin icra başçısı əsgərlərlə bir yerdə - FOTO
Noyabrın 7-də Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə Tərtər rayonunun ərazisində yerləşən N saylı hərbi hissədə olmuşlar. Qonaqlar əvvəlcə ön xətdə xidmət edən əsgər və zabitlərimizin vəziyyəti, yataq, yemək şəraitləri ilə tanış olmuş, işğal altındakı ərazilərimizi və düşmən mövqelərini müşahidə etmişlər.

teref.az xəbər verir ki, hər iki rayonun icra hakimiyyətinin başçıları Asif Əsgərov və Müstəqim Məmmədov düşmənlə ön cəbhədə üz-üzə dayanan zabit və əsgər heyətini “9 noyabr-Dövlət Bayrağı günü” münasibətilə təbrik edərək çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamış, onlarla qürur duyduqlarını bildirmişlər. Azərbaycan ordusunun günü-gündən gücləndiyini və ali baş komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağını əminliklə ifadə etmişlər. Bayram münasibəti ilə hərbçilərə bayram sovqatları və hədiyyələr paylanmış, rayon rəhbərləri əsgərlərlə birgə nahar süfrəsi arxasında əyləşmişlər. Sonra tanınmış mədəniyyət və incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı olmuşdur.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru