Həkim ona təcavüz etmək istəyən kişinin dilini qopardı - Dəhşətli təfərrüat - FOTO

7-06-2019, 12:35           
Həkim ona təcavüz etmək istəyən kişinin dilini qopardı - Dəhşətli təfərrüat - FOTO
Cənubi Afrikada dəhşətli təcavüz cəhdi baş verib.

Missiya.Az xəbər verir ki, qadın ona təcavüz etmək istəyən kişinin dilini qopararaq xilas olub.

Belə ki, ölkənin Bloemfontein şəhərində yerləşən xəstəxanada işləyən qadın həkim gecə növbəsində olarkən hücuma məruz qalıb. O, pasentlər yatdıqdan sonra dincəlmək üçün öz otağına gedib. Bir müddət sonra xəstəxanaya həkim paltarında gələn kişi qadının otağına daxil olub və ona hücum edib. Qadın həkim onu öpməyə çalışan təcavüzçünün dilini qoparıb. Şiddətli qan itirən kişi qadını buraxmaq məcburiyyətində qalıb. Niyyətini həyata keçirə bilməyən şəxs hadisə yerindən uzaqlaşıb. Qadın həkim baş verən hadisənin bütün detallarını polisə danışıb. Polis isə öz növbəsində şəhərin bütün xəstəxanalarına dili yaralı şəxslə bağlı məlumat verib. Xəstəxanalardan birinə müraciət edən kişi polislər tərəfindən yaxalanıb.

Saxlanılan şəxs qolu qandallı şəkildə əməliyyat üçün digər xəstəxanaya aparılıb.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.