Gürcüstanda QAN DAVASI: azərbaycanlı ailə gülləbaran edildi…

7-06-2019, 16:07           
Gürcüstanda QAN DAVASI: azərbaycanlı ailə gülləbaran edildi…
Gürcüstanın Kaspi rayonunun azərbaycanlılar yaşayan Xidiskuri (Körpü qulağı) kəndində yerləşən evlərdən birinə silahlı basqın olub.

Nəticədə 70 yaşlı kişi ölüb, onun 50 yaşlı həyat yoldaşı isə başından güllə yarası alıb.

Qadın xəstəxanaya çatdırılıb. Hadisə yerində odlu silah və ov tüfəngi tapılıb.

Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev sayta bildirib ki, hadisəyə səbəb qan davası olub. Onun sözlərinə görə, silahlı basqın nəticəsində öldürülən şəxs Şıxəli Camaloğlu, qətli törədən şəxs isə kənd sakini Nizam Qurbanovdur: “Şıxəli Camaloğlu 25 il bundan qabaq Nizam Qurbanovun yaxın qohumunu öldürüb və bu cinayət üstündə 11 il həbs cəzası çəkib. Nizam Qurbanov qətli intiqam məqsədi ilə törədib”.

Ə.Babayev vurğulayıb ki, hadisə zamanı boğazından yaralanan Ş.Camaloğlunun həyat yoldaşı xəstəxanada ağır vəziyyətdədir.

GAMK sədri qətli törədən N.Qurbanovun hələ saxlanılmadığını qeyd edib.

Faktla bağlı iki və daha çox şəxsin qətlə yetirilməsi maddəsi üzrə istintaq aparılır. Qətli törədən şəxsi 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru