Nyu-Yorkda terror hücumu planlaşdıran şəxs saxlanılıb

8-06-2019, 08:06           
Nyu-Yorkda terror hücumu planlaşdıran şəxs saxlanılıb
Nyu-Yorkda polis qanunsuz odlu silah saxlayan şəxsi həbs edib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, o, həmin silahla Tayms-skverdə insident törətməyi planlaşdırıbmış.

Polis tərəfindən saxlanılan 22 yaşlı Aşikul Alam Kuinsdə yaşayırmış. Alam FTB-nin Nyu-York antiterror qrupunun nəzarəti altında olub. Belə ki, iki tapança almaq istəyən 22 yaşlı Alamın saxlanılması üçün sonradan xüsusi əməliyyat keçirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.