Braziliyada çay gəmisində partlayış olub, xəsarət alanlar var - VİDEO - FOTO

9-06-2019, 09:55           
Braziliyada çay gəmisində partlayış olub, xəsarət alanlar var - VİDEO - FOTO
Braziliyada çay gəmisində partlayış olub.

Bu barədə "Report" "Globo" telekanalına istinadən xəbər verir.

Məlumata görə, hadisə Akri ştatında, gəminin sisterndən yanacaq yükləməsi zamanı baş verib. Qeyd edilir ki, qəza zamanı gəmidə 15 nəfər – 10 kişi, 3 qadın və 2 uşaq olub. Onların hamısı partlayış zamanı xəsarət alıb. Yaralılar güclü yanıq xəsarətləri alıblar.

Zərərçəkənlərdən 7-nin vəziyyəti ağırdır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru