Qayınata və qayın kürəkənin üstünə benzin töküb yandırıb – İsmayıllıda

11-06-2019, 00:00           
Qayınata və qayın kürəkənin üstünə benzin töküb yandırıb – İsmayıllıda
“Qardaşım intihar etməyib, onu qaynı və qayınatası yandırıb”.

“Qafqazinfo”nun məlumatına görə, bunu İsmayıllı rayon Mücəftaran kənd sakini Elşən Rəcəbəliyev deyib. O bildirib ki, qardaşı 1984-cü il təvəllüdlü Ramil Rəcəbəliyev hazırda ölüm ayağındadır və özünü yandırması ilə bağlı yayılmış informasiyalar yanlışdır:

“Qardaşım həyat yoldaşını başqa biri ilə danışan zaman tutub. Buna görə bir-iki sillə vurub. Həmin gün işdən qayıdan zaman qadının uşaqları götürüb atasıgilə getdiyini görüb. Açarı almaq üçün o da həmin evə gedib, döyüb göndəriblər.

1 İyun Uşaqların Müdafiəsi Günündə övladlarını görmək üçün qayınatasıgilə gedib. Bu zaman mübahisə yaşanıb və gəlinin bibisi oğlu Natiq onu vurub. Daha sonra isə benzin töküb yandırıblar. Qardaşım deyir, heç kim onun köməyinə yetməyib.

Məsələylə bağlı polisə müraciət etsək də, İsmayıllı Rayon Polis Şöbəsindən hələ də bu işlə bağlı gələn olmayıb”.

Xatırladaq ki, ilkin məlumatda 2 uşaq atası olan Ramil Rəcəbəliyevin uşaqlarını görə bilmədiyi üçün bu adımı atdığı qeyd edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru