Amerikan əsgərlərə raket atıldı!

18-06-2019, 10:30           
Amerikan əsgərlərə raket atıldı!
İraqın paytaxtı Bağdadda olan El-Taci Hərbi Düşərgəsinə katyuşa raketiylə hücum təşkil edildiyi bildirilib.

İraqın baş nazirliyinin tabeçiliyində olan Təhlükəsizlik Media Şəbəkəsi tərəfindən edilən yazılı açıqlamaya görə, Bağdadın şimalındakı El-Taci Hərbi Düşərgəsinə 3 katyuşa raketi atılıb.
Açıqlamada, hücumla bağlı başqa detala yer verilməyib.
Bağdadın təxminən 85 kilometr şimalında yer alan və ABŞ-lı əsgərlərin qaldığı söz mövzusu düşərgədə bir hərbi havalımanı və baza var.
Salahaddin vilayətində olan İraqın ən böyük hərbi hava bazası "Bələd Hava Bazası"na da 15 iyunda üç havan top mərmisi ilə hücum təşkil edilmişdi.
Bağdadın mərkəzində yer alan ABŞ səfirliyi yaxınındakı bir evə də keçən cümə axşamı bir katyuşa raketi atıldığı bildirilmişdi.
ABŞ-ın Bağdad səfirliyi yaxınlarına 20 mayda da yenə kaytuşa raketi ilə hücum reallaşdırılmışdı.
Müxalifət.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru