"Apple" "MacBook Pro" noutbuklarının bir hissəsini geri çağırır

21-06-2019, 07:33           
"Apple" "MacBook Pro" noutbuklarının bir hissəsini geri çağırır
"Apple" şirkəti 2015-2017-ci illərdə satışda olan "MacBook Pro" noutbuklarının bir hissəsini batareyalarında alışma ehtimalının olması səbəbindən geri çağırır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şirkətin saytına yerləşdirilən məlumatda bildirilir.

Qeyd olunur ki, 2015-ci ilin ortalarında buraxılmış "Retina" displeyli 15 düym olan noutbukları potensial zəif hesab edib.

"Apple" müəyyənləşdirib ki, əvvəlki nəsil 15 düymlük bir sıra "MacBook Pro" modellərində batareya çox qıza və yanğın təhlükəsi yarada bilər", - deyə rəsmi saytda qeyd olunub.

Şirkətin rəsmi saytında noutbukun seriya nömrəsi ilə onun proqrama düşüb-düşmədiyini yoxlamaq olar. Şirkət köhnə batareyanı pulsuz olaraq dəyişməyi öhdəsinə götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru