ABŞ-da hava limanının əməkdaşlarına hücum olub, 5 nəfər xəsarət alıb - VİDEO

22-06-2019, 07:52           
ABŞ-da hava limanının əməkdaşlarına hücum olub, 5 nəfər xəsarət alıb - VİDEO
ABŞ-da hava limanının əməkdaşlarına hücum edilib.

"Report"un məlumatına görə, bu barədə ABC telekanalı xəbər verib.

Bildirilir ki, bir nəfər aviasiya təhlükəsizliyi xidmətinin 10 əməkdaşına hücum edib.

Finiks şəhərinin Finiks-Skay-Harbor beynəlxalq aeroportunda (Arizona ştatı) bir nəfər uçuş öncəsi yoxlama məntəqəsində hava limanının əməkdaşlarına zərbələr endirib.

Hava limanının əməkdaşları hücum edən şəxsi zərərsizləşdiriblər. Cinayətkarın 19 yaşlı Tayler Qarner olduğu məlum olub. O, aeroportun təhlükəsizliyik qaydalarının pozulması və saxlanılma vaxtı müqavimət ittihamları üzrə həbs edilib.

Telekanal bildirib ki, hadisə nəticəsində hava limanının 5 əməkdaşı xəsarət alıb. Hadisənin səbəbi hələ məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru