Bakıda dəhşətli ailə faciəsi - "Mənə hörmət etmirsən", dedi və öldürdü

23-06-2019, 13:48           
Bakıda dəhşətli ailə faciəsi - "Mənə hörmət etmirsən", dedi və öldürdü
İyunun 20-dən 121-nə keçən gecə Bakı şəhər Xəzər rayonu Buzovna qəsəbəsində həyat yoldaşı tərəfindən bıçaqlanan 1971-ci il təvəllüdlü Hüseynova Nurəngiz Adil qızı vəfat edib. Publika.az xəbər verir ki, çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan qadın həkimlərin səylərinə baxmayaraq ölüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni Nurəngiz Hüseynovanın həyat yoldaşı, 1971-ci il təvəllüdlü Hüseynov Emin Ədalət oğlu törədib. Belə ki, evdə ər və arvadı arasında mübahisə yaranıb. Kişi bıçağı götürərək qadına hücum edib və onu öldürmək məqsədi ilə çoxsaylı zərbələr endirib.

Polis tərəfindən saxlanılan E.Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona hörmət göstərmədiyini deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş açılıb. Qadın vəfat etdiyi üçün cinayət işi məcəllənin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru