Zakir Həsənov keçmiş döyüşçülərə qarşı qərar verdi və... - 10 gündən sonra...
12-11-2015, 11:06
Moderator.az xəbər verir ki, bu gün Cəlilabad rayon Göytəpə şəhərində N saylı hərbi hissənin şəhərciyində yaşayan keçmiş hərbi qulluqçular, Ulu Öndərimiz Heydər Əliyevin də qəhrəmanlığından fəxrlə danışdığı "Prişib batalyonu" - nun əlil və müharibə veteranları Bakı - Astara yolunu kəsməyə cəhd ediblər.
Aksyaya səbəb müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən keçmiş döyüşçülərin yaşadıqları hərbi şəhərciyə buraxmamaq olub. Doğrudur, 10 gün əvvəl burada yaşayan 35 ailəyə mənşəyi bilinməyən yazılı xəbərnamə paylanaraq onlara 10 gün ərzində şəhərciyi tərk etməsələr məhkəmə qarşısında iddia ilə çıxış edəcəkləri bildirilmişdi. Lakin sonra hərbi hissəyə gələn polkovnik - leytenant Zaur Məmmədov adlı bir şəxs hərbi qulluqçulara qarşı zor tətbiq etməklə ailə və azyaşlı uşaqlarıın yanında yaşadıqları hərbi şəhərciyin ərazisindən çıxarmışdılar.
Bundan sonra magistral yolu kəsməyə çalışan qulluqçularla Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşüb və onları dinləmişdi. İcra Hakimiyyəti başçısının rəhbəri vətəndaşları dinlədikdən sonra onların narahatçılığı ilə əlaqədar olaraq hərbi hissə komandanlığı ilə görüşmüşdü. Uzun sürən danışıqlardan sonra keçmiş döyüşçüləri hərbi hissəyə buraxmışdılar. Buna baxmayaraq İcra hakimiyyətinin başçısı ərazidən uzaqlaşdıqdan sonra yenidən hərbi hissə komandiri toplanmış əhaliyə yaxınlaşaraq onlara sonuncu 10 gün vaxt verdiklərini və bu dəfə yaşayış yerini tərk etməsələr evlərinin əşyalarını da çölə tökəcəklərini bildirdi. Keçmiş "Prişib batalyonu"nun döyüşçüləri ölkə rəhbərliyinə müraciət edəcəklərini, nəticə əldə olunmasa başqa bir ölkədən vətəndaşlıq istəyəcəkləri barədə səfirliklərə müraciət edəcəklərini bildiriblər.