Rabitə Nazirliyində son durum – RƏSMİ AÇIQLAMA

13-11-2015, 14:23           
Rabitə Nazirliyində son durum – RƏSMİ AÇIQLAMA
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edildikdən sonra onun ətrafında olan şəxslərin də çıxarılacağı qeyd edilir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) 10 nəfərdən çox şəxs haqqında həbs-qətimkan tədbirinin görüldüyü və bu sayın sonradan artacağı haqqında mətbuatda məlumatlar dərc edilib.

Bildirilir ki, Əli Abbasov nazir vəzifəsindən azad ediləndən dərhal sonra RYTN-də hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar başlayıb. Sabiq nazirin müşaviri Müşfiq Əmirov Modern.az-a açıqlamasında bu proseslər barədə məlumatlı olmadığını və kimlərin işdən çıxarıldığını bilmədiyini söyləyib.
O qeyd edib ki, nazir vəzifəsindən azad edildikdən sonra onun səlahiyyətləri əsasnaməyə uyğun olaraq birinci müavinə-İltimas Məmmədova həvalə edilib.

“İşçilərimiz də yerindədir və hər kəs öz işini yerinə yetirir. Qalan məsələlər barədə isə məlumatlı deyiləm”, deyə M.Əmirov vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru