Obama xalqa müraciət etdi

14-11-2015, 08:19           

ABŞ Prezidenti Barak Obama canlı yayım vasitəsilə xalqa müraciət edib və Fransaya başsağlığı verib.

Axar.az xəbər verir ki, prezident baş verən hadisədən sonra terrorizmə qarşı mübarizə metodları haqda daha ciddi şəkildə düşünmək lazım olduğunu dilə gətirib:

“Fransada baş verən hadisələr hamı kimi məni də çox məyus etdi. Heç kimə sirr deyil ki, bu gün Fransada baş verən faciəvi hadisələr dünyanın istənilən ölkəsində baş verə bilər, o cümlədən, ABŞ-da. Biz hamımız birgə, mütəşəkkil terrorizmə qarşı mübarizə aparmalıyıq və bunu edəcəyik.

Mən prezident Ollanda zəng etmədim, çünki belə bir vəziyyətdə onun çox məşğul olduğunu bilirəm. Artıq Fransa polisi nəzarəti öz əlinə götürməkdədir.

Terror hücumları nəticəsində yaxınlarını itirən hər kəsə səbr diləyirəm".

Qeyd edək ki, Fransanın paytaxtı Parisin şimal-şərqində ard-arda 5 terror hücumu olub: Fransa–Almaniya oyununun keçirildiyi stadion yaxınlığına, restorana və ABŞ-ın “İqlz of mez metalz” qrupunun konsertinin keçirildiyi zala. Hazırda konsert zalında onlarla insan girov halında saxlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.