Meksikada bilyard klubunda 8 nəfər güllələnib 12-08-2019, 08:05 Meksikanın Quanahuato ştatının İrapuato şəhərində bilyard klubuna silahlı hücum nəticəsində 8 nəfər ölüb, daha 3 nəfər yaralanıb.“Report” xəbər verir ki, bu barədə yerli "El Sol de México" nəşri məlumat yayıb.Hücüm nəticəsində 4 nəfər klub binasında və küçədə ölüb, daha 4 nəfər xəstəxanada keçinib. Facebook-da paylaş