Hacıqabulda baş vermiş qəzada ölənlərdən birinin kimliyi məlum olub - FOTO - YENİLƏNİB

31-08-2019, 07:59           
Hacıqabulda baş vermiş qəzada ölənlərdən birinin kimliyi məlum olub - FOTO - YENİLƏNİB
Hacıqabulda baş vermiş yol qəzası nəticəsində ölənlərdən birinin şəxsiyyəti müəyyən edilib.

APA-nın Mil Muğan bürosunun məlumatına görə, "VAZ 2107" markalı avtomobili 1988-ci il təvəllüdlü Qanbayev Anar Fərrux oğlu idarə edirmiş.

O qəza nəticəsində yerindəcə keçinib.

***

Saat 05:05

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərinin girişində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı minik maşını əvvəlcə "KamAZ" markalı yük maşınına, daha sonra isə yaxınlıqdakı bağçanın hasarına çırpılıb. Nəticədə avtomobilin sürücüsü və bir sərnişin dünyasını dəyişib. Hadisənin yüksək sürət səbəbindən baş verdiyi deyilir.

Avtoqəza ilə əlaqədar istintaq araşdırmalarına başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru