Tramp İranla bağlı məxfi foto paylaşdı – Ara qarışdı

31-08-2019, 10:47           
Tramp İranla bağlı məxfi foto paylaşdı – Ara qarışdı
ABŞ Prezidenti Donald Tramp tvitter hesabında İranın İmam Xomneyi Kosmik Mərkəzində uğursuz raket sınağından sonra baş verən partlayışa aid məxfi foto paylaşıb.

Teleqraf.com xəbər verir ki, o, ABŞ-ın bu dəhşətli partlayışla əlaqəsinin olmadığını bildirib, baş verənləri araşdırmaq sahəsində İrana uğurlar arzulayıb.

Mütəxəssislər isə məxfi fotonu paylaşdığı üçün prezidenti sərt tənqid ediblər.

CNBC kanalına danışan ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, cümə günü prezidentə kəşfiyyat toplantısında informasiyalar verilib və bu informasiyalar içərisində onun paylaşdığı foto da olub.

Nüvə silahı üzrə mütəxəssis Ceffri Levis də fotonu paylaşdığına görə Trampı sərt tənqid edib. Onun fikrincə, belə məxfi fotoların ortaya çıxması əcaib qərardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru