Britaniya kral ailəsinin baş mühafizəçisi zorakılığa görə həbs edilib

3-09-2019, 07:56           
Britaniya kral ailəsinin baş mühafizəçisi zorakılığa görə həbs edilib
Britaniyanın kral ailəsinin baş mühafizəçisi ötən ay həbs olunub.

"Report" xəbər verir ki, bu barədə "Daily Star" yazıb.

Qeyd edilir ki, o, zorlamada şübhəli bilinir. Nəşr həmin şəxsin adını açıqlamayıb. Lakin onun kral ailəsinin təhlükəsizliyinə görə cavabdehlik daşıdığı bildirilir.

Məlumata görə, mühafizəçi hansısa qadının evində polis tərəfindən saxlanılıb. Asayiş keşikçilərini ünvana da həmin qadın çağırıb. O, hücuma məruz qaldığını bildirib.

Avqustun 22-də mühafizəçi girov müqabilində müvəqqəti sərbəst buraxılıb, ancaq o xidmətdən kənarlaşdırılıb. Lakin araşdırma davam edir.

Məlumata görə, kral ailəsi hadisədən şoka düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru