Yazdığı statusa görə qadını zorlayıb öldürdülər – Rusiyada

3-09-2019, 08:07           
Yazdığı statusa görə qadını zorlayıb öldürdülər – Rusiyada
Rusiyanın Tula vilayətində yaşayan iki nəfər kişi 26 yaşlı qadının zorlanaraq qətlə yetirilməsində şübhəli şəxs kimi saxlanılıblar.

“MK.ru” xəbər verir ki, qadının sosial şəbəkədə yazdığı status onların qəzəbinə səbəb olub. (Oxu.az)

Qadın sevgilisi və onun dostu ilə birlikdə Xotuş kəndi yaxınlığında spirtli içki qəbul edib. Onun sosial şəbəkədə yazdığı “Siçan, dinlə. Dalınca qaçacam? Özgüvəni azalt” statusu sevgilisinin xoşuna gəlməyib.

İstintaqın məlumatına əsasən, kişi sərxoş halda sevgilisini döyüb, sonra isə zorlayıb. Onun dostu da qadını zorlayıb.

Bədbəxt qadın aldığı zədələrdən dünyasını dəyişib. Qatillər meyiti meşə massivində basdırıblar.

Qohumları qadının itkin düşdüyü barədə məlumat verdikdən sonra polis axtarışlara başlayıb. Faciəvi insidentin baş verdiyi gün meyit tapılıb. Şübhəli şəxsləri isə qadının sosial şəbəkədə yazdığı statusun köməyi ilə aşkar ediblər. Hazırda cinayət işi qaldırılıb, araşdırma aparılır.

Yenisabah.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru