"YouTube" 170 milyon dollar cərimələndi

5-09-2019, 08:06           
"YouTube" 170 milyon dollar cərimələndi
ABŞ-ın Federal Ticarət Komissiyası qanunları pozan və uşaqlarla bağlı reklam satışı edən “YouTube” video saytını 170 milyon dollar cərimələyib.
“Yeni Sabah” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ABŞ-da 13 yaşına çatmayan uşaqların valideyinlərinin icazəsi olmadan şəxsi məlumatlarının toplanılmasını və paylaşılmasını qadağan edən qanun mövcuddur.

“YouTube”un sahibi olan “Google” şirkəti Federal hökumətə 136, Nyu Yorka isə 34 milyon dollar ödəyəcək.

Xatırladaq ki, Federal Ticarət Komissiyası iyul ayında “Facebook”u istifadəçilərin məlumatlarını gizli toplanması və şəxsi məlumatların gizliliyinin qorunmamasına görə 5 milyard dollar cərimələyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru