Baş həkim işdən çıxarıldı

27-09-2019, 10:31           
Baş həkim işdən çıxarıldı
Şamaxı rayon mərkəzi xəstəxanasının baş həkimi Səməd Fətəliyev vəzifəsindən azad edilib.

"Qafqazinfo" xəbər verir ki, S. Fətəliyev ötən gün tibbi heyətlə son toplantısını keçirərək vidalaşıb

Qeyd edək ki, ötən il baş həkim barəsində akt tərtib olunmuşdu. Buna səbəb isə Ekologiya və Təbii Sərvətlər, eləcə də Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə keçirilən reyd zamanı Şamaxı rayonu ərazisində QAZ-52 markalı 06-BC-908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması idi.

Belə ki, araşdırma zamanı ağacların Şamaxı rayon Mərkəzi Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Sözügedən əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaş köküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırılıldığı faktı aşkar olunub və təbiətə 3.000 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdi.

Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Şamaxı rayon Prokurorluğuna göndərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.