İspaniyada ABŞ-ın tələbi ilə Rusiya vətəndaşı tutulub

28-09-2019, 09:01           
İspaniyada ABŞ-ın tələbi ilə Rusiya vətəndaşı tutulub
Rusiya vətəndaşı ABŞ-ın tələbi ilə İspaniyanın Valensiya şəhərinin hava limanında saxlanılıb.

“Report”un xəbərinə görə, bu barədə RİA “Novosti”yə Rusiyanın Madriddəki səfirliyindən məlumat verilib.

Hadisə sentyabrın 20-də baş verib. Saxlanılan şəxsə Rusiyanın Barselonadakı Baş Konsulluğunun əməkdaşı baş çəkib. "Onun işində yerli vəkil iştirak edir. Səfirlik vəziyyətin inkişafını yaxından izləyir", - diplomatik nümayəndəlik əlavə edib.

“Las Provincias” qəzetinin məlumatına görə, Rusiya vətəndaşı Aleksandr K. həyat yoldaşı və oğlu ilə birlikdə İspaniyaya gəlib. Nəşrin məlumatına görə, o, FTB-nin tələbi ilə saxlanılıb.

Saxlanılan şəxs internet vasitəsilə saxta sənədlərdən istifadə edərək çoxmilyonlu fırıldaqçılıqda ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru