Yaponiyada animasiya studiyasında törədilən yanğında ölənlərin sayı 36 nəfərə çatıb

5-10-2019, 06:01           
Yaponiyada animasiya studiyasında törədilən yanğında ölənlərin sayı 36 nəfərə çatıb
Yaponiyanın Kioto şəhərində yanğının baş verdiyi animasiya studiyasında ölənlərin sayı 36 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi bildirib.

Polisin məlumatına görə, hadisə zamanı xəsarət alanlardan biri xəstəxanada ölüb. Bununla da yanğın zamanı ölənlərin sayı artıb.

Bildirilir ki, daha 20 nəfər xəstəxanadadır. Yanğının qəsdən törədildiyi ehtimal olunur.

Hadisə yerinə gələn polis studiyada benzin və ya kerosin tökməklə alovun gücünü artırmağa çalışan 41 yaşlı kişini saxlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru