Nyu-Yorkda dünyanın ən böyük həbsxanası bağlanılacaq 18-10-2019, 06:44 ABŞ-ın Nyu-York Şəhər Şurası "Raykers" həbsxanasının ləğvini nəzərdə tutan planı bəyənib."Report" xəbər verir ki, bu barədə "New York Times" qəzeti bildirib.Qeyd edilir ki, İst-River boğazındakı adada yerləşən "Raykers" həbsxanası 10 min məhbus üçün nəzərdə tutulub.Məlumata görə, ləğv ediləcək həbsxananın yerinə kiçik ölçülü daha 4 həbsxana tikiləcək."Raykers" dünyanın ən böyük cəzaçəkmə müəssisəsi hesab edilir. Facebook-da paylaş