Kanadada naməlum şəxs ticarət mərkəzinin yaxınlığında bir nəfəri öldürüb

5-11-2019, 05:17           
Kanadada naməlum şəxs ticarət mərkəzinin yaxınlığında bir nəfəri öldürüb
Kanadanın Ontario vilayətinin Etobiko şəhərində ticarət mərkəzinin yanında naməlum bir şəxs tərəfindən edilən atəş nəticəsində bir nəfər ölüb.

Trend-in məlumatına görə, hadisə günortadan sonra baş verib. Şahidlərin dediyinə görə, naməlum şəxs avtomobil ilə ticarət mərkəzinə qədər sürüb, sonra avtomobildən çıxaraq mağazanın yanında dayanan kişiyə atəş açıb. Qurbanına bir neçə dəfə atəş açaraq cinayətkar avtomobildə qaçıb. Zərərçəkən xəstəxanaya aparılıb, orada aldığı xəsarətlərdən ölüb. Onun kimliyi açıqlanmır.

Axtarış davam edir, digər məlumatlar hələ bildirilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.