Göygöldə DƏHŞƏT - Ata oğlunu öldürdü

1-01-2020, 20:48           
Göygöldə DƏHŞƏT - Ata oğlunu öldürdü
Göygöl rayonunda qətl törədilib.

Teref.az "Report"a istinadən xəbər verir ki, rayonun Nadel kəndində baş verib.

Kənd sakini, 1950-ci il təvəllüdlü Yaşar Qəmbər oğlu Bayramov taxıl sahəsində oğlu - 1978-ci il təvəllüdlü Mahir Bayramova ov tüdəngindən 2 dəfə atəş açaraq onu qətlə yetirib.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumatlara görə, hadisəyə mülk (ev) üstə düşən mübahisə səbəb olub. Belə ki, uzun müddət ata ilə oğul arasında mübahisəyə səbəb olan evi M.Bayramov yandırıb. Bundan qəzəblənən ata isə ov tüfəngi ilə oğlunu güllələyib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru