Xaçmazda unikal “Zaporojest” abidəsi - ŞƏKİLLƏR

2-01-2020, 01:18           
Xaçmazda unikal “Zaporojest” abidəsi - ŞƏKİLLƏR
Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsindəki avtoservisin sahibi diqqət çəkmək üçün maraqlı üsula əl atıb.

Teref.az xəbər verir ki, o, dəmir dirəyin köməyi ilə “Zaporojest” markalı avtomobili servisin qarşısında 10 metr yüksəkliyə qaldırıb.

İdeyanın sahibi Gülhəsən Fərmanov bildirir ki, avtomobili 2001-ci ildə Əbdül adlı rayon sakinindən alıb. Hazırda “Zaporojest” ömrünü başa vuran bir avtomobil kimi görünsə də, nəqliyyat vasitəsi dirəyin üzərinə qaldırılana kimi işlək vəziyyətdə olub.

Maşın dəmir konstruksiyalı dirəyə boltlar və qaynaq vasitəsilə bərkidilib.Təhlükəsizlik məqsədi ilə yüngül olsun deyə, avtomobilin mühərriki və bəzi ağır hissələri çıxarılıb. Bu ideya sahibinə üç min manata başa gəlib.

Gülhəsən Fərmanov deyir ki, indi hamı buranı “Zaporojest” küçəsi kimi tanıyır. Həm də onlar müştərilərinə məkanı tanıtmaqda çətinlik çəkmir. Avtomobil sahibi maşının mühərrikini saxladığını, nə vaxtsa lazım olarsa, avtomobili yenidən işlək vəziyyətə gətirə biləcəyini bildirir.

Şimal bölgəsində yeganə olan bu tanıtım nişanı hətta rayona gələn qonaqların və xarici turistlərin də marağına səbəb olur./oxu.az















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru