Bağlanmış bankın sədri “Azərbaycan Kredit Bürosu”nun rəhbərliyinə gətirilib - FOTO

21-01-2020, 11:02           
Bağlanmış bankın sədri “Azərbaycan Kredit Bürosu”nun rəhbərliyinə gətirilib - FOTO
Bağlanmış bankın sədri “Azərbaycan Kredit Bürosu”nun rəhbərliyinə gətirilib
“Azərbaycan Kredit Bürosu” MMC-nin Müşahidə Şurasının sədri dəyişib.

“Report” xəbər verir ki, indiyə qədər Şuraya rəhbərlik edən Asəf Hüseynov vəzifəsindən azad edilib, onun yerinə isə Fərid Abuşov seçilib.


A.Hüseynov ötən ilin noyabr ayına qədər “Unibank” ASC-nin İdarə Heyəti (İH) sədrinin I müavini olub, 3 aydır ki, “PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsinin İH-nin üzvü kimi fəaliyyət göstərir. F.Abuşov isə vaxtilə, hazırda ləğv prosesində olan “Dəmir Bank” ASC-nin İH-nin sədri olub.

Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru