Rusiya aeroportunda təşviş: Çindən gələn xəstə imiş

22-01-2020, 21:50           
Rusiya aeroportunda təşviş: Çindən gələn xəstə imiş
Virus artıq Çindən kənarda da yayılmaqdadır: Cənubi Koreya, Yaponiya, ABŞ, Tailand, Sinqapur, Honkonq və Avstraliyada yoluxma halları qeyd olunur. Çin hökuməti rəsmi olaraq bəyan edib ki, virus insandan-insana keçir

Çindən Sankt-Peterburqa gələn şəxsdə kəskin respirator virus infeksiyası aşkarlanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA-Novosti-yə şəhərin vitse-qubernatorunun aparatından məlumat verilib.

Xəstə rusiyalını Botkin xəstəxanasına göndəriblər. "Rospotrebnadzor"dan bildirilib ki, xəstənin temperaturu 38 dərəcə C-dir və o özü tibbi yardım üçün müraciət edib.

Bu ərəfədə Çində yeni tip koronavirus səbəbilə pnevmoniya yayılması xəbəri verilmişdi. İlk xəstələrin infeksiya mənbəyini dəniz məhsulları bazarı ilə bağlayırdılar. Xəstəlikdən 17 nəfər dünyasını dəyişib.

Virus artıq Çindən kənarda da yayılmaqdadır: Cənubi Koreya, Yaponiya, ABŞ, Tailand, Sinqapur, Honkonq və Avstraliyada yoluxma halları qeyd olunur. Çin hökuməti rəsmi olaraq bəyan edib ki, virus insandan-insana keçir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru