“Hyundai Motors” fəaliyyətini dayandırır? - AÇIQLAMA

5-02-2020, 00:00           
“Hyundai Motors” fəaliyyətini dayandırır? - AÇIQLAMA
“Hyundai Azərbaycan” Cənubi Koreya avtomobil istehsalçısı “Hyundai Motors Company”-nin fəaliyyətinin dayandırması ilə bağlı məlumatı təkzib edib.
Bu gün yayılan məlumata görə, Cənubi Koreya hökuməti Çində davam edən “Corona” virus böhranı səbəbiylə bir müddət Çindən idxalı dayandırıb. Cənubi Koreya avtomobil istehsalçısı “Hyundai Motors Company” Cənubi Koreyada yerləşən zavodların bir sıra xammal və ehtiyat hissələrini Çindən əldə etdiyi üçün avtomobil istehsalında gecikmələrin ola biləcəyini bildirib. Buna baxmayaraq, zavodlar fəaliyyətini davam etdirir. “Hyundai Azərbaycan”dan verilən məlumata görə Cənubi Koreya ilə yanaşı, Çexiya və Rusiyada yerləşən zavodlardan avtomobil idxal edilir. Yeni avtomobillərin və ehtiyat hissələrinin idxalı ilə bağlı hazırda gecikmələr gözlənilmir.(APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru