İsrail HƏMAS-ın Qəzzadakı mövqelərinə aviazərbələr endirib

5-02-2020, 07:05           
İsrail HƏMAS-ın Qəzzadakı mövqelərinə aviazərbələr endirib
İsrailin Hərbi Hava Qüvvələri axşam saatlarında öz ərazilərinin Qəzza zolağından atəşə tutulmasına cavab olaraq HƏMAS radikal hərəkatının hərbi hədəflərinə bir sıra hücumlar həyata keçirib.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun “Twitter”dəki səhifəsində məlumat yayılıb.

“Qəzza zolağının ərazisindən raket və partlayıcı maddə olan şarların atılmasına cavab olaraq, İsrail Hərbi Hava Qüvvələri bir müddət əvvəl Qəzza zolağında HƏMAS terrorçularının bir neçə hədəfinə hücum edib”, - deyə məlumatda bildirilib.

Mətbuat xidməti, HƏMAS-ın raket və şar atmasına görə məsuliyyət daşıdıqlarını qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru