Ac canavarlar kəndə hücum etdi – Azərbaycanda

6-02-2020, 10:08           
Ac canavarlar kəndə hücum etdi – Azərbaycanda
Canavarlar Zaqatalanın Çökəkoba kəndinə hücum edib.
Teref.az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında kənd sakini Yaqub Kəmlayevin yaşadığı evin həyətyanı sahəsinə soxulan canavar mal tövləsinə girərək 8 baş xirdabuynuzlu heyvanı öldürüb, daha iki başa isə xəsarət yetirib.

Hadisə ilə bağlı ərazinin baytarlıq məntəqəsindən bildirilib ki, canavarın öldürdüyü heyvanlar baytarlıq təlimatına uyğun basdırılıb. Y. Kəmlayevin təssərrüfatı və heyvanların basdırıldığı ərazi dizinfeksiya edilib.

Qeyd edək ki, son aylar rayonda yırtıcı və quduz heyvanlar yaşayış məntəqələrinə soxularaq şəxsi təssərüfatlara ziyan verir. Son iki ayda rayon ərazisində quduzlaşmış yırtıcıların çöl sahələrində iri və xırdabuynuzlu heyvanlara xəsarət yetirməsi səbəbindən 10 başdan yuxarı heyvan ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru