Nazirlik saxta pensiya düzəldən əmədaşları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib - RƏSMİ

6-02-2020, 19:01           
Nazirlik saxta pensiya düzəldən əmədaşları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib - RƏSMİ
“Ötən il əsassız ünvanlı yardım, pensiya, müavinət təyinatlarına rəvac vermiş əməkdaşlarımızla bağlı 31 halda hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

Teref.az APA-ya istinadla xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, onlar barədə cinayət işləri başlanılıb: "Daxili nəzarət tədbirləri əsasında 25 milyon manat məbləğində vurulmuş ziyan dövlət büdcəsinə geri qaytarılıb".

O əlavə edib ki, ötən il ərzində 11 minə yaxın vəfat etmiş şəxs, eləcə də 3700-dən artıq əsassız əlillik üzərindən pensiya alan şəxslər sistemdən kənarlaşdırılıb: “3000-dən artıq ünvanlı yardım təyinatı ləğv edilib və onlara verilən ödənişlər dayandırılıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru