Koronavirus haqqında ilk məlumatı verən 34 yaşlı həkim öldü –ÜST başsağlığı verdi

7-02-2020, 03:59           
Koronavirus haqqında ilk məlumatı verən 34 yaşlı həkim öldü –ÜST başsağlığı verdi
Ötən ilin dekabrında koronavirus haqqında ilk məlumatı verən, ancaq daha sonra təşvişə səbəb olduğu üçün danışmasına qadağa qoyulan 34 yaşlı həkim Li Venlianq koronavirusdan dünyasını dəyişib.

Teref.az qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəliklə bağlı dostlarına “Yerli dəniz məhsulları bazarından 7 xəstə SARS-a bənzəyən virus səbəbindən xəstəxanada karantin altındadır. Xəstəlik koronavirusa bənzəyir” mesajını yollamışdı.

İddialara görə, SARS epidemiyası 2003-cü ildə Çində yüzlərlə insanın ölümünə səbəb olduğundan Pekin hökuməti bu dəfə epidemiyanı ört-basdır etməyə çalışıb. Virusun əsas mərkəzi olan Uhanda işləyən Linin mesajı qısa müddətdə sosial şəbəkələrdə yayılmağa başlayıb.

Bundan sonra Li Uhan polisinin şayiə yaymaq ittihamı ilə təzyiqlərlə üz-üzə qalıb. Li təqib etmələrə məruz qalan ilk həkim olmayıb. Belə ki, digər həkimlərə də epidemiya haqqında məlumatları yaymamaq üçün senzura qoyulub.

Daha sonra sürətlə yayılmağa başlayan virus 564 nəfərin həyatına son qoyub.

Ümumdünya Səhiyyə Təşkilatı Linin ölümü ilə bağlı Tvitter səhifəsində paylaşım edərək başsağlığı verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.