Antarktidada temperatur rekord həddə çatdı

7-02-2020, 19:12           
Antarktidada temperatur rekord həddə çatdı
Argentinalı meteoroloqlar Antarktidada tarix boyu qeydə alınan ən yüksək istilik dərəcəsini qeyd ediblər.

KONKRET.AZ RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat Argentina Milli Meteorologiya Xidmətinin “Twitter” səhifəsində yer alıb.

Söhbət Argentinanın 1961-ci ildən bəri meteomüşahidənin aparıldığı “Esperansa” elmi-tədqiqat stansiyasından gedir.

“Fevralın 6-da Esperansa stansiyasında yeni tarixi rekord qeydə alınıb: 18°C. Bu göstərici 2015-ci il martın 24-də qeydə alınan daha əvvəlki 17,5°C rekordunu da geridə qoyub”, – məlumatda bildirilir.

Bundan başqa, meteoroloqlar Argentinanın digər stansiyası olan Marambioda da 1971-ci ildən bəri yeni rekordu müəyyənləşdiriblər: 14,1°C. 2013-cü ildə qeydə alınan daha əvvəlki rekord isə 13,8°C idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru