Bakı polisindən Rəhim Qazıyevin sabiq kürəkəni ilə bağlı yayılan məlumatlara REAKSİYA

7-02-2020, 19:09           
Bakı polisindən Rəhim Qazıyevin sabiq kürəkəni ilə bağlı yayılan məlumatlara REAKSİYA
Bakı Şəhər Baş Polis İdarəsi sabiq müdafiə naziri Rəhim Qazıyevin qızının keçmiş əri tərəfindən təzyiqlərə məruz qalması və polisin bununla bağlı tədbir görməməsi haqda yayılan məlumatlara münasibət bildirib.
Teref.az xəbər verir ki, Rəhim Qazıyevin övladlarına məxsus avtomobilin şinlərinin kəsilməsi ailə münaqişəsi zəminində baş verib:

“Sosial şəbəklərdə polisin faktla bağlı tədbirsizliyi ilə bağlı yayılan məlumatlar əsassızdır. Yasamal rayonunda Ş.Əzizova və A.Qazıyevanın birgə idarə etdikləri avtomobilin şinlərinin kəsilməsi ilə bağlı fevralın 1-də 102 Xidməti Zəng Mərkəzinə müraciət daxil olub. Həmin müraciət üzrə Yasamal RPİ 28-ci Polis Bölməsində aparılan araşdırma zamanı izahatı alınan Ramil Əzizov keçmiş yoldaşı Ş.Qazıyeva ilə boşandıqdan sonra iki azyaşlı övladını ona göstərmədiyi üçün avtomobilin şinlərini dəmir parçası ilə kəsdiyini bildirib. Yasamal RPİ 28-ci Polis Bölməsində faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir”.

Qeyd edək ki, jurnalist Əvəz Zeynallının yaydığı məlumata görə, R.Əzizov keçmiş arvadı Şəbnəm Əzizovanı hədələyib, onun bacısı Aytən Qazıyevanın maşının təkərlərini deşib. /Qafqazinfo












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.