Kütləvi davada səkkiz nəfər öldü, onlarla yaralı var - VİDEO

8-02-2020, 14:42           
Kütləvi davada səkkiz nəfər öldü, onlarla yaralı var - VİDEO
Qazaxıstanın cənubunda yerləşən Jambıl vilayətinin Masançi kəndində hüquq-mühafizə orqanları əməkdaşları ilə kənd sakinlərinin toqquşması nəticəsində səkkiz nəfər həlak olub, 47 nəfər yaralanıb.

REN TV xəbər verir ki, məlumatı Qazaxıstanın Daxili İşlər Nazirliyi yayıb.

Vilayətin polis idarəsinin mətbuat xidmətindən verilən məlumata əsasən, münaqişə polislər tərəfindən axtarılan şəxsin qohumlarının hüquq-mühafizə orqanlarına müqavimət göstərməsi səbəbindən baş verib.

Polislər qanunu pozan şəxsin evinə yollanıblar. Lakin qohumları onun tutulmasına etiraz edərək, asayiş keşikçilərinə müqavimət göstəriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru