Tailandda atışma zamanı 20 nəfər ölüb, 42 nəfər isə yaralanıb

9-02-2020, 09:32           
Tailandda atışma zamanı 20 nəfər ölüb, 42 nəfər isə yaralanıb
Tailandın Nakhonratçasima şəhərində "Terminal 21" ticarət mərkəzinin ərazisində baş verən atışma zamanı 20 nəfər ölüb, 42 nəfər isə yaralanıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi mətbuat konfransı zamanı deyib.

Nümayəndə bildirib: "Hazırda rəsmi olaraq ölənlərin sayı 20, yaralananların sayı isə 42 nəfər təşkil edir. Yaralananlardan 21-i artıq evə buraxılıb, 21-i isə xəsətxanalarda qalır".

Daha əvvəl 25 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, ötən gün silahlı əsgər Tailandın Nakhonratçasima şəhərində hərbi düşərgədə öz komandirini və daha iki nəfəri güllələyərək oğurluq avtomobildə hadisə yerindən qaçıb.

Daha sonra ticarət mərkəzi istiqamətində hərəkət edən cinayətkar qarşısına çıxan insanlara atəş açıb və öz hərəkətlərini "Facebook" vasitəsi ilə canlı yayımlayıb. Bir müddət sonra onun "Facebook səhifəsi bağlanıb.

Cinayətkar "Terminal-21" ticarət mərkəzinə daxil olub və orada da insanlara atəş açıb. Daha sonra cinayətkar ticarət mərkəzinin ərazisində gizlənib.

Hüquq-mühafizə orqanlarının ordu ilə birlikdə cinayətkarın zərərsizləşdirilməsi üzrə keçirdikləri ilk əməliyyat uğursuz olub. Nəticədə cinayətkar 1 xüsusi təyinatlını güllələyib, daha ikisini isə yaralayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.