Qasırğaya görə təyyarə rekord sürət yığdı

10-02-2020, 00:51           
Qasırğaya görə təyyarə rekord sürət yığdı
“Britiş Eyrveys” aviaşirkətinə məxsus “Boinq 747” sərnişin təyyarəsi Atlantik okeanı üzərindən rekord vaxtda uçuş həyata keçirib.

Axar.az xəbər verir ki, Nyu Yorkdan Londona uçan təyyarə 4 saat 56 dəqiqəyə marşrutu başa vurub.

Məlumata görə, təyyarənin rekordu yeniləməsinə səbəb Kiara qasırğası olub.

Belə ki, təbiət hadiəsi təyyarənin saatda 1327 km sürət yığmasına səbəb olub.

Qeyd edək ki, bundan öncə, “Vircin Atlantik” şirkətinə məxsus təyyarə həmin marşrutu 4 saat 57 dəqiqəyə qət etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru